ZƏNCİRVARİ DYUNLAR

dyun sistemi /əsasən dəniz sahillərində/-dövrü küləklərə qarşı perpendikulyar, inkişafının başlanğıc mərhələlərində isə sahilə paralel uzanırlar. Hakim küləkləri bir istiqamətli olan ərazilərdə Z. d. materikin içərilərinə doğru parabola şəkilli dyunlara, sonra isə uzununa dyun tirələrinə keçir. дюнные цепи dune ridges
ZƏLZƏLƏNİN EPİSENTRİ
ZƏNCİRVARİ KRATERLƏR
OBASTAN VİKİ
Zəncirvari dyunlar
Dyunlar
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Zəncirvari kraterlər
Zəncirvari kraterlər (rus. цепочкообразные кратеры, ing. chainlike craters) — bir xətt üzərində bir-birinə yaxın yerləşən kraterlər. Zəncirvari kraterlər bir- birinə yaxın yerləşən bir neçə kanaldan eyni zamanda, təxminən eyni güclü püskürmə nəticəsində əmələ gəlir.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Dyunlar çimərliyi
«Dyunlar» çimərliyi — Sankt-Peterburq şəhərində yerləşən naturist çimərlik. Karel bərzəxində, Fin körfəzi sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində 30 km aralıda yerləşir. Bu çimərlik 2008-ci ildə amerikanların tərtib etdiyi 1000 ən yaxşı naturist çimərliyi siyahısına daxil edilmişdir. Müxtəlif məlumatlara görə il ərzində burada 500 nəfər istirahət edir. Burada ilk naturist çimərliyin olması barədə məlumat 1960-cı illərə aiddir. Ancaq bu tip düşüncə sovet ideologiyasına zidd olduğundan dövlət buna qarşı mübarizə aparırdı. Naturistlər hər zaman milisin təqibləri ilə üzləşirdi. Naturistlər meşəliklərdə olan göllərdə çimməli olurdular. 1992-ci ildə dyunlar naturist çimərliyi rəsmi status alır.
Köndələn dyunlar
Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.
Parabolik dyunlar
Yataqboyu dyunlar
Zəncirvari nüvə reaksiyası
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
Yala bənzər uzununa dyunlar